9 iyun tarixində Bakının möhtəşəm memarlıq abidəsi sayılan “Şərq Bazarı” ticarət kompleksində “Qızıl bazarı”nın təntənəli açılış mərasimi baş tutub.
Xüsusi qeyd edilən məqamlar, buradakı qızıl bazarının özünəməxsus şərq üslublu ab-havası, genişliyi, çeşidliyi, təhlükəsizliyi və eyni zamanda rahat parkinqi ilə şəhərin bütün qızıl satış mərkəzlərindən tamamilə fərqlənməsidir.
Zərgərlik məmulatları bütün dünyada, xüsusən də şərq ölkələrində xüsusi sevilir və Azərbaycanda qızıl zinət əşyaları adət-ənənələrimizin əsas tərkib hissəsi sayılır. Artıq ölkəmizin ən yaxşı zərgərlərinin bir-birindən fərqli əsərləri yenilənən “Şərq Bazarı” ticarət mərkəzində bir yerdə toplanıb. Elə bu səbəbdən bütün zərgərlərin və qızıl sevənlərinin yeni məkanı artıq “Şərq Bazarı”dır.
Qızıl bazarının açılış mərasimində ən yaxşı zərgərlərin əsərlərinin təqdim olunduğu nümayiş dəyərli qonaqların alqışlarına və səmimi marağına səbəb olub. Lakin heç şübhəsiz ki, xalq artisti Brilliant Dadaşova tədbirin əsas qonağı kimi diqqət mərkəzində olub. Gecənin sonunda dəvət olunmuş qonaqlar “Tar Band Music” instrumental qrupunun müşayiəti ilə furşet süfrəsindən zövq alıblar.