Caharshah Yaradıcılıq Mərkəzinin zərgəri və təsisçisi Cahid Cavadovun Hacı Zeynalabdin Tağıyevin 200 illik yubileyinə həsr etdiyi “Böyük Mesenat” adlı istehsal olunmuş, 10 və 5 qramlıq gümüş sikkəni sizlərə təqdim edirik.

Gümüş sikkənin üzəri, Bakıda fontan vuran ilk neft quyusu, indiki Milli Azərbaycan Tarix Muzeyinin binası, eyni zamanda böyük xeyriyyəçi H.Z.Tağıyevin portretindən istifadə edilərək dizayn edilmişdir.

Qeyd edək ki, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yubileyi UNESCO-nun 2023- cü il yubileylər proqramına daxil edilib.

Tağıyev Hacı Zeynalabdin Tağı oğlu – (1823-1924)