İsveçrə bankı UBS 2023-cü ilin sonuna qızılın qiyməti proqnozunu 7 faiz azaldaraq 1950 dollara endirib.
Marja xəbər verir ki, Bank həmçinin ABŞ iqtisadiyyatı ilə bağlı proqnozlarını dəyişərək, əvvəllər “mülayim təzənnül” gözləntisini “yumşaq tənəzzülə” dəyişib:
“Biz əvvəlcə 2023-cü ilin sonundan başlayaraq mülayim tənəzzülü gözləyirdik, lakin indi yumşaq tənəzzül gözləyirik”,- Bankdan bildirilib.
UBS-in qızılın unsiyasının 2024-cü ilin iyun ayının sonunda 2100 dollar, sentyabrın sonunda isə 2200 dollar təşkil edəcəyini nəzərdə tutur.
Mütəxəssislər qızılın qiymətinin artmasına növbəti təkanın ABŞ-da uçot dərəcəsinin azaldılması dövründən əvvəl birja investisiya fonduna (ETF-lər) tələbin yenidən canlanması olacağını deyirlər.