Qiymətli metalların hasilatı və satışı ilə məşğul olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin daxili bazarda qızıl və gümüş satışı artıb.
2023-cü ilin 9 ayı ərzində “AzerGold” tərəfindən daxili bazarda 4 316 unsiya qızıl və 23 653 unsiya gümüş satılıb. Bu həcmlər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 80% və 214% çoxdur. 2022-ci ilin 9 ayı ərzində “AzerGold” tərəfindən daxili bazarda 2 394 unsiya qızıl və 7526 gümüş satılmışdı.
Satış həcminin artması gəlirlərin də artması ilə nəticələnib. Qızılın daxili bazar satışından gəlir 84% artaraq 14 milyon 836 min manat, gümüşün satışından gəlir isə 211% artaraq 989 min manat təşkil edib.
2023-cü ilin 9 ayı ərzində “AzerGold” tərəfindən xarici bazarda 122 milyon 255 min manatlıq qızıl və gümüş satılıb.