2023-cü ilin yanvar-sentyabr aylarında (9 ayda) Azərbaycanda 1731,9 kq qızıl, 3028,1 kq gümüş istehsal olunub.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən qızıl istehsalı 23%, gümüş istehsalı 39,9% azalıb.
Bu il mis istehsalı isə 11,9% artaraq 2106,8 ton təşkil edib.
Qeyd edək ki, Gədəbəydə qızıl hasilatı ilə məşğul olan “Anglo Asian Mining PLC” şirkəti istehsal fəaliyyətini məlum hadisələrdən sonra qeyri-müəyyən müddətə dayandırıb.
Həmçinin, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində (9 ayda) ötən ilin eyni dövrü ilə müqayisə “AzerGold” şirkətinin qızıl hasilatı 10% azalaraq 38 min 341 unsiya, gümüş hasilatı isə 36% azalaraq 89 min 437 unsiya təşkil edib.