Qızılın qiyməti bir unsiya üçün 2000 dolları ötüb. Qiymətlər – dolların zəifləməsi və ABŞ-da faiz artımı dövrünün bitməsi gözləntiləri fonunda son altı ayda ən yüksək səviyyəyə qalxıb.
Qızılın hazırkı qiyməti 2020-ci ilin avqustunda qeydə alınan bütün zamanların ən yüksək qiymətindən cəmi 53 dollar aşağıdır.
“Fundstrat” tədqiqat firmasının idarəedici direktoru və texniki analiz üzrə eksperti Mark Nyutonun proqnozuna görə, qızıl qiymətləri bir unsiya üçün 2500 dollara qədər bütün zamanların ən yüksək səviyyəsinə yüksələ bilər. O hesab edir ki, qızıl bütün zamanların yeni rekordlarına doğru irəliləməyə başlayıb. Analitikin fikrincə, cari artım qızılın unsiyasına görə 2060-2080 dollar diapazonuna yol açmalıdır. Müqavimət səviyyəsinin 2080 dollar səviyyəsində keçilməsilə, tez bir zamanda qiymətlərin daha da artmasına səbəb olacaq.