İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 30 aprel 2021-ci il tarixli, 212323400045 saylı əmri ilə “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 36) təsis edilmiş, əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Texniki Komitənin yaradılmasında əsas məqsəd qiymətli metallar, qiymətli daşlar sahəsində aparılan işlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından,  dövlət standartlarının işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

AZSTAND/TK 36-nın  strukturuna AzerGold” QSC,  “Azərbaycan Zərgərlər Assosiasiyası” İB, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, “Levata Group” MMC və “Unique Group” şirkəti və digər maraqlı tərəflər daxil edilmişdir.

azstand.gov.az