Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı ilə bağlı nağd alma məbləği müəyyən edilir.

Trend-in məlumatına görə, Milli Məclisinin bu gün keçirilən iclasında “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

trend.az