4 iyul 2023-cü il tarixində “Azərbaycan zərgərlər assosiasiyası” ictimai birliyinin üzvlərinin Ümumi Yığıncağı keçirilib.
Yığıncaqda 2022-ci il ərzində görülmüş işlər barədə İdarə Heyətinin hesabatı, eləcə də 2023-cü il üzrə fəaliyyat planı dinlənilib və səsverməyə əsasən təsdiq edilib.

Yığıncaqda növbəti 2 il üçün Nəzarət-təftiş komissiyası da formalaşıb. Səsverməyə əsasən “Lilex” MMC-nin təsisçisi Rəhimzadə Xəlilin Nəzarət-təftiş komissiyasının sədri, Əlipənahov Şahinin və İslahat LTD MMC-nin nümayəndəsi Kirilov Sergeyin Nəzarət-təftiş komissiyasının üzvləri seçilib.

İdarə Heyətinin sədr müavini Xəlilov Xəlil Assosiasiyanın Ümumi Yığıncağına müraciət edərək bildirib ki, şəxsi işlərinin çox olması ilə əlaqədar olaraq Assosiasiyanın işlərinə kifayət qədər vaxt ayıra bilmir və bu səbəbdən onu “Azərbaycan zərgərlər assosiasiyası” ictimai birliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad etməyi xahiş edib və müvafiq ərizəni Ümumi Yığıncağa təqdim edib. Eyni ərizə ilə İdarə Heyətinin sədr müavini Qürbətova Rəsminə müraciət edib. Ümumi Yığıncağın qərarına əsasən onlar tutduğu vəzifələrdən azad edilib.

İdarə Heyətinin sədri Abbasquliyev Toğrul çıxış edərək Assosiasiyanın işlərinin genişləndirilməsi məqsədilə İdarə Heyətinin üzvlərinin sayının 3 nəfərdən 5 nəfərə artırılmasını və İdarə Heyətindən çıxmış Qürbətova Rəsminə Eldar qızının və Xəlilov Xəlil Şahin oğlunun əvəzinə 4 nəfərin İdarə Heyətinə üzv seçilməsini təklif edib. O əlavə edərək həmin 4 nəfər qismində Xəlilov Rövşən Şahin oğlunun İdarə Heyətinin sədr müavini, Əmircanov Rövşən Cəlil oğlunun İdarə Heyətinin sədr müavini, Məlikov Ağamirzə Elman oğlunun İdarə Heyətinin sədr müavini və Paşayev Elxan Paşa oğlunun İdarə Heyətinin sədr müavini vəzifələrinə seçilməsini təklif edib. Səsverməyə uyğun olaraq və ümumi yığıncağın qərarına əsasən təklif qəbul olunub.