2023-cü ilin 6 ayı üzrə Azərbaycanın zərgərlik məmulatları bazarında dövriyyə 108.68 milyon manat təşkil etmişdir. Bu rəqəmlərə əsasən 2023-cü ilin tamamında 217 milyon manat potensial dövriyyə proqnozlaşdırmaq olar.

Qeyd etmək lazımdır ki, bu son 4 iliin rekord göstəricisidir. Ölkədaxili dövriyyə 2022-ci il üzrə 152.84 milyon manat, 2021-ci il üzrə – 107.76 milyon manat, 2020-ci il üzrə – 31.96 milyon manat olmuşdur.

 

Azərbaycana hazır zərgərlik məmulatlarının idxalı da artmışdır. 2023-cü ilin 6 ayı üzrə sektor üzrə idxal həcmi 47.71 milyon manat təşkil etmişdir. 2022-ci il üzrə idxal həcmi 69.84 milyon manat, 2021-ci il üzrə – 54.43 milyon manat, 2020-ci il üzrə – 32.35 milyon manat təşkil etmişdir.

2023-cü ilin 6 ayı üzrə hazır zərgərlik məmulatlarının ixrac həcmi 5.41 milyon manat olmuşdur. Bu göstərici xam qızlın və gümüşün ixracını özündə əks etdirmir. Eyni dövr üzrə xam qızılın, gümüşün və hazır zərgərlik məmulatlarının cəminin ixracı 130.29 milyon manat təşkil etmişdir.